Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayıb.

Hubey əyalətində 70 yaşlı kişi cari il yanvarın 24-də koronavirusa yoluxub. Ona koronavirus diaqnozu isə fevralın 20-də qoyulub.

Bildirilib ki, həmin kişi avtomobil sürərkən infeksiyaya yoluxmuş bacısı ilə təmasda olub. Ancaq onun koronvirusa yoluxduğu 27 gün sonra ortaya çıxıb. Bu səbəbdən əyalət rəsmiləri infeksiyasının inkubasiya dövrünün iki həftədən çox olması qənaətinə gəiblər.

Xatırladaq ki, Çündə və kənarda insanların koronavirusa yoluxub-yoluxmaması müəyyənləşdirmək üçün 14 günlük karantin müddəti təyin edilirdi.

Qeyd edək ki, dünyada koronavirusdan ölənlərin sayı 2300 nəfəri ötüb.

İstinadlar Report