“Respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb”.

Bu barədə Ekologiya və Təbii Sərvət Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov nazirliyin feysbuk səifəsində yayımlanan  “Ekspert saatı” verilişində bildirib.

O qeyd edib ki, tullantılar 4 kateqoriyaya – “A”, “B”, “C” və “D” kateqoriyalarına bölünür:

“”A” kateqoriyasına ancaq məişət tullantıları daxildir. “B” və “C” kateqoriyasına daxil olan tullantılar isə təhlükəli və xüsusi təhlükəli tullantılardır. Utilizasiya olunana qədər bunlara nəzarət olunmalıdır. Tullantıların 2 milyona yaxını təhlükəli və ciddi təhlükəli “B” v “C” növünə aid olub. Bunun içərisində “COVID-19″la əlaqəli tullantılar da var. Bunların miqdarı isə 26 min kubmetr təşkil edib və bütün bu tullantılar da zərərsizləşdirilib”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo