Şəkidə rayon ərazisində qurulmuş karantin postunda yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib.

O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstinadlar Qafqazinfo