“Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur”.

Bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma halı rast gəlinməyib. Bundan başqa, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib.

Bildirilib ki, hazırda Qan Bankında ən son tövsiyələrə diqqət yetirilərək, qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir.

Qeyd edək ki, ölkədə koronavirus infeksiyası səbəbindən bir müddətdir ki, Qan Bankı qan ehtiyatı çatışmazlığı ilə üzləşib.