Koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, uçuşların ləğvi və sərbəst hərəkətin karantin və digər formarlarda məhdudlaşdırlması kimi səbəblərdən dünyanın müxtəlif yerlərindən, xüsusən qonşu ölkələrdən vətənə qayıda bilməyən xeyli həmyerlimiz müraciət edərək kömək istəyirlər.

Bir çoxu hazırda maddi sıxıntı içində olan və yaşamağa yeri olmayan Azərbaycanlılar arasında xaricdə oxuyan tələbələr, müvəqqəti iş üçün gədən lakin məlum səbəbdən işlərini itirmiş və ya qısa müddətə gedib geri qayida bilməyən şəxslər var.

Azərbaycan 24 Media müraciətlərin çoxluğunu nəzərə alaraq həmyerlilərimiz üçün öz müraciətlərini saytımızda yerləşdirmək imkanı təqdim edir.