Dohada Körfəz Əməkdaşlıq Şurasının sammitində liderlər Qəzza zolağının bərpası üçün əlavə 1,6 milyard dollar ayırmağı vəd ediblər.

Bu barədə təşkilatın katibliyinin saytında dərc olunan məlumatda deyilir.

“Sammit iştirakçıları 2009-cu ildə yaradılan – Qəzza zolağının Yenidənqurulması üzrə Əməkdaşlıq Şurasının Proqramı çərçivəsində birbaşa ikitərəfli yardıma əlavə olaraq əlavə 1,646 milyard dollar ayırmağa vəd ediblər”, – sammitin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd olunub.

Onlar, həmçinin Qətər, Misir və ABŞ-ın İsrail və HƏMAS arasında humanitar fasilə ilə bağlı razılaşmalara səbəb olan vasitəçilik səylərini də yüksək qiymətləndiriblər.

İstinadlar Report