Kopenhagendə miqrantlara qarşı etiraz aksiyası zamanı baş verən iğtişaşlar zamanı ötən gün 23 nəfər saxlanılıb.

Immiqrant”Qurani-Kərim”in yandırıldığı nümayişdən sonra paytaxtın bir neçə bölgəsində keçirilən əks etiraz aksiyaları zamanı 23 nəfər polis tərəfindən saxlanılıb.

Polisin verdiyi məlumata görə, saxlanılanlardan bəziləri hakim qarşısına çıxarılacaq.

Bununla bağlı Baş nazir Lars Lokke Rasmussen “Twitter”də yazıb: “İxtilaf toxumları əkməkdən başqa bir məqsəd güdməyən Paludanın mənasız təxribatları ilə qəti razılaşmıram. Fikirlər iğtişaşla yox, arqumentlə ifadə olunmalıdır”.

İstinadlar Report