Türkiyənin Konya şəhərinin Səlcuqlu rayonunda yaşayış evlərinin birində dörd nəfərin cəsədi tapılıb.

Bu barədə “Anadolu” yazıb.

Mənzildən atəş səslərinin eşidilməsi barədə polisə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları 38 yaşlı qadının (ana), 45 yaşlı kişinin (ata) və onların iki oğlunun meyitlərini aşkar ediblər. Oğullardan birinin, ehtimal ki, yaxınlarını öldürüb, sonra isə intihar etdiyi güman edilir.

İstinadlar Report