Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Kişineu şəhərində Avropa Konstitusiya Məhkəmələri Konfransının XIX Konqresində iştirak edib.

Qurumdan verilən məlumata görə, səfər Moldovanın Konstitusiya Məhkəməsinin sədri Domnika Manolenin dəvəti ilə baş tutub.

Bildirilib ki, tədbirdə Moldova Prezidenti, bir sıra dövlət orqanlarının rəhbərləri, həmçinin Avropanın 36 ölkəsinin konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri iştirak ediblər.

Avropa Məhkəməsi, Moldova Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyasının sədrləri konqresdə açılış nitqləri ilə çıxış ediblər.

İstinadlar Report