ABŞ Konqresinin Senatı ölkə iqtisadiyyatı üçün 1,9 trilyon ABŞ dolları məbləğində olan stimullaşdırıcı paketi qəbul edib.

Layihə bir səs fərqi ilə təsdiq edilib – 50 lehinə, 49 əleyhinə.

Respublikaçılar Partiyasından olan senatorlar səsvermə zamanı müxtəlif düzəlişlər irəli sürüblər, lakin onların əksəriyyəti rədd edilib.

Müəyyən qədər dəyişdirilən qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən yenidən təsdiqlənməlidir, yalnız bundan sonra imzalanması üçün prezidentə göndəriləcək.

İstinadlar Report