ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti Kaliforniyadan olan konqresmen postunu tərk etmək qərarına gəlib.

Bu barədə o, “The Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.

“Amerikaya yeni üsullarla xidmət etmək üçün bu ilin sonunda Nümayəndələr Palatasını tərk etmək qərarına gəldim. Bilirəm ki, işim yeni başlayır”, – Makkarti bildirib.

Siyasətçi qeyd edib ki, o, Kaliforniyanı 17 il Nümayəndələr Palatasında təmsil edib və bu müddət ərzində iki dəfə Respublikaçılar Partiyasının bu qurumda çoxluq qazanmasına kömək edib.

İstinadlar Report