ABŞ Konqresinin Nümayəndələr Palatasının dörd komitəsi Kapitolidə yanvarın 6-da baş vermiş qarışıqlıqların araşdırılmasının başlandığını elan edib.

Bu barədə palata tərəfindən yayılmış press-relizdə bildirilir.

Konqresin kəşfiyyat üzrə xüsusi komitəsinin heyətində təmsil olunan üzvləri, habelə nəzarət və islahatlar, daxili təhlükəsizlik, məhkəmə komitəsi üzrə konqresmenlər yanvarın 6-da prezident Donald Tramp tərəfindən təhrik edilmiş qiyamla bağlı hadisələr və ölkədə hakimiyyətin dinc yolla ötürülməsinə, inauqurasyaya təhlükəyə dair müvafiq sənədlərin tələb olunduğu məktubu asayiş keşikçilərinə və kəşfiyyat orqanına göndəriblər.

Komitələr kəşfiyyatın və federal hüquq-mühafizə orqanlarının “zorakılıq təhdidləri barədə, bu məlumatların yayılıb-yayılmaması və təhdidlərin xarici təsir və ya dezinformasiya cəhdləri ilə əlaqəli olub-olmadığını” bildiklərini araşdırmağı planlaşdırır.

İstinadlar Report