ABŞ konqresmenləri Ro Hanna və Mett Qets Amerika lideri Donald Trampa İrana qarşı hərbi əməliyyat aparmağı qadağan etmək təklifi ilə çıxışı edib.

Konqresmenlər ABŞ-ın hərbi büdcəsinə bu kimi əməliyyatları qadağan edəcək düzəliş etmək qərarına gəliblər.

Bildirilir ki, Qetsin sözlərinə görə, Yaxın Şərqdə sonsuz müharibələr ABŞ-ı zəiflədir.

Bununla yanaşı Hanna əlavə edib ki, Tramp xaricdə müharibələrə son qoyulacağına dair seçkiqabağı vədinə əməl etmir.

İstinadlar Report