Konqo Demokratik Respublikasının şərqindəki kəndlərə silahlılar bir gecədə hücum edərək azı 38 nəfəri öldürüb.

Yerli lider hücumu Müttəfiq Demokratik Qüvvələrin (MDQ) üzvlərinin törətdiyini, onların bu həftənin əvvəlində daha bir kəndə hücum edərək azı 16 nəfəri öldürdüklərini bildirib.

Ekstremistlər indi Konqonun şərqində yerləşib və tez-tez hücumlar təşkil edərək, bir çox silahlı qrupların fəaliyyət göstərdiyi bölgədə sabitliyi daha da pozurlar.

Tapança və maçete ilə silahlanmış şəxslər gecə saatlarında Şimali Kivu əyalətindəki kənd sakinlərinə hücum ediblər. Hücum nəticəsində 38 nəfər həlak olub.

İstinadlar Report