Naməlum şəxslər ədliyyə üzrə dövlət naziri, Konqo Demokratik Respublikasının (KDR) möhürünün qoruyucusu Konstant Mutambanı zəhərləməyə cəhd ediblər.
“Araşdırmalar [Mutambanın bədənində] zəhərin olduğunu üzə çıxarıb”, – nazirə yaxın adamlar deyirlər.
“Nazirə qulluq üçün ciddi tədbirlər görülür”, – diqqətə çatdırılıb.
Xəbərdə deyilir ki, zəhərlənmə Mutamba rəhbərliyinin korrupsiyada şübhəli bilinən hakimləri işdən çıxarmaqla hədələyərək KDR-nin məhkəmə sistemində islahatlara başlamasından sonra baş verib.