
Konqo Demokratik Respublikasının şərqində (Şimali Kivu əyalətinin Rutşuru dairəsi) hökumətin hərbi bölmələri ilə “23 Mart Hərəkatı” (M23) qrupunun üsyançıları arasında gün ərzində gərgin döyüşlər gedib.
Bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.
Qeyd edilir ki, döyüşlərin mərkəzi Nyanzale şəhərinin ətrafı və magistralın Mabenqa bölgəsindəki bir hissəsi olub. Hər iki tərəf ağır silahlardan istifadə edib. Müharibə bölgələrindən əhalinin köçü başlayıb. “Agence France-Presse”nin məlumatına görə, təkcə bazar ertəsi 15 mülki şəxs həlak olub.