Konqo Demokratik Respublikasının şərqində fəaliyyət göstərən “23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları yerli hökumətdən onlarla birbaşa dialoqa başlamağı tələb ediblər.

Bunu M23-ün nümayəndəsi Lourens Kanyuka deyib.

“Biz münaqişənin əsas səbəblərini aradan qaldırmaq və ölkəmizdə davamlı sülhün bərqərar olması üçün Kinşasa rejimi ilə səmimi və birbaşa dialoqa çağırışımızı bir daha təkrar edirik”, – qəzet onun açıqlamasından sitat gətirib.

İstinadlar Report