
Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb.
Mulekera meri Nqonqo Mayanqa bildirib ki, hücum edənlər Beni yaxınlığındakı Mulekera kommunasında tarlalarda işləyən insanlara atəş açıblar.
Onun sözlərinə görə, indiyədək 7 nəfərin, o cümlədən 3 qadının meyiti tapılıb, daha 5 qurbanın nəşi isə başqa yerlərdədir.
“Əlbəttə, axtarışlar davam etdikcə tapacağımız başqa meyitlər də var”, – deyə o, üsyançı “Demokratik Qüvvələr Alyansı” üsyançı qrupunu təqsirləndirib.