
İyulun 13-14-də Konqo Demokratik Respublikasının qərbində “Mobondo” yaraqlı qruplaşmasının ordu düşərgəsinə hücumu zamanı hərbçilər daxil olmaqla 50-dən çox insan ölüb.
Bu barədə Konqonun “Actualite” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, yak xalqından olan yaraqlılar May-Ndombe əyalətinin Kvamut kəndi ərazisindəki hərbi mövqelərə hücum edib.