
Konqo Demokratik Respublikasının (KDR) şərqində, Şimali Kivu əyalətinin Mayba kəndindəki kilsədə 70-dən çox başı kəsilmiş meyit aşkar edilib.
Bu barədə ölkənin “Okapi” radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, söhbət üç gün əvvəl Lubero rayonunda yaraqlılar tərəfindən qaçırılmış şəxslərdən gedir.Öldürülənlər arasında qadınlar, uşaqlar və yaşlı insanlar var.