Konqo Demokratik Respublikasının şərqində “Vazalendo” hərəkatının hökumətyönlü silahlı dəstələri ilə “23 Mart Hərəkatı”nın üsyançıları arasında bir neçə günlük sakitlikdən sonra şiddətli döyüşlər yenidən başlayıb.

Bu barədə Konqonun “Actualite” portalı xəbər yayıb.

Səhər tezdən silahlılar Şimali Kivu əyalətinin Bvito bölgəsində üç istiqamətdə “23 Mart Hərəkatı”nın yaraqlılarının mövqelərinə hücum ediblər. Onlar Kabande kəndi ərazisində üsyançıları sıxışdırmağa və düşərgələrini ələ keçirməyə nail olublar.

İstinadlar Report