Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox” (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın insan ölüb.
Bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba bildirib.
“2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 31 minə yaxın “mpox”a yoluxma hadisəsi və bu virusla bağlı 988 ölüm hadisəsi baş verib”, – o deyib.