Konqo Demokratik Respublikasının qərbindəki Mai Ndombe əyalətində 5 nəfər naməlum xəstəlikdən ölüb.

Onlar Kiri şəhərindəki xəstəxanada dünyasını dəyişiblər.

Əyalətin Səhiyyə Nazirliyinin rəhbəri Jan Klod Bola mediaya açıqlamasında vəziyyətin nəzarət altında olduğunu, mütəxəssislərin hadisə yerində olanları araşdırdığını və bu “sirli xəstəliyi” müəyyənləşdirmək üçün bütün tədbirlərin görüldüyünü söyləyib.

Onun sözlərinə görə, söhbət şayiəsi yayılan Ebola virusundan getmir.

İstinadlar Report