Konqo Demokratik Respublikasının cənub-qərb əyalətində 143 nəfər naməlum xəstəlikdən ölüb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki və səhiyyə naziri Apolliner Yumba ötən gün bildiriblər ki, yoluxanlarda qripin simptomları, o cümlədən yüksək hərarət və güclü baş ağrıları müşahidə olunub.
Xəstəliyin müəyyən edilməsi üçün analiz aparmaq məqsədilə əraziyə həkim briqadası göndərilib. Yoluxanların sayı artmaqda davam edir.