Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri ölkənin şərqindəki toqquşmalar zamanı “May-May” qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

Bu barədə “Actualite” informasiya portalı bildirib.

Silahlılar İturi əyalətinin Djoqo və Linda yaşayış məntəqələrinə hücum ediblər. Ancaq bu yaşayış məntəqələrində olan ordu bölmələri hücumları dəf edib və silahlıları ciddi itkilərə məruz qoyub.

Ordunun İturidəki rəsmi nümayəndəsi, leytenant Jyul Nqonqo bildirib ki, hərbçilər həmçinin silahlıların avtomat silahlarını və döyüş sursatlarını ələ keçirməyə müvəffəq olublar.

İstinadlar Report