
Bir neçə amerikalı və bir britaniyalı Konqo Demokratik Respublikasında uğursuz dövlət çevrilişi cəhdində iştirak edib.
Bu barədə Konqo Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Silven Ekenqe bildirib.
Hərbçinin sözlərinə görə, bir neçə amerikalı və britaniyalı ölkənin paytaxtı Kinşasada fəaliyyət göstərən qiyamçıların arasında olub. Ekenqe vurğulayıb ki, 4 üsyançı, o cümlədən onların lideri — Konqo əsilli amerikalı Kristian Malanqu zərərsizləşdirilib. İğtişaşların daha 40 iştirakçısı saxlanılıb.
General əcnəbilərin taleyinin necə olduğunu açıqlamayıb və yaxın gələcəkdə baş verənlər barədə daha dəqiq məlumat veriləcəyini bildirib.