Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyasının icrası məqsədilə yaradılan “İşçi qrup”un görüşü keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyinin müxtəlif qoşun növü, müəssisə və təşkilatlarının məsul vəzifəli şəxsləri, eləcə də “İşçi qrup”un üzvləri nazirliyin Kommunikasiya Strategiyasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatların operativ çatdırılması zəruri informasiya fonunu yaratmaqla ictimaiyyətin maarifləndirilməsini, vətəndaş məmnunluğunu, eləcə də dövlət-xalq-ordu birliyinin möhkəmləndirilməsini təmin edəcək.

İstinadlar Report