Azərbaycanda 1990-cı illərdə həyata keçirilən aqrar islahatlar bu gün həmin sahədə əldə edilən nailiyyətlərin əsası idi.
Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O qeyd edib ki, sonrakı dövrdə də kənd təsərrüfatı və aqrar sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüslər irəli sürüldü:
“Bu sahədəki prosesi 2007-ci ilə qədərki və bundan sonrakı dövr olmaqla iki hissəyə bölə bilərik. 2007-ci ildən sonra ilk dəfə olaraq ölkəmizdə taxıl istehlakçıları subsidiyalaşdırıldı. Hazırda Azərbaycanda məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatının, aqrar sektorun payına düşür.