
Enerji səmərəliliyi bu gün dünyanın ən böyük problemlərindən biridir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün rəhbərlik etdiyi komitənin iclasında bildirib.
Onun sözlərinə görə, enerji istehsalı və enerji səmərəliliyi sahəsində Azərbaycanda ciddi fəaliyyətlər həyata keçirilir: “Bu mövzuda bir neçə dəfə müzakirələr aparmışıq. Bununla bağlı dəyirmi masa təşkil etməyi planlaşdırırıq”.