
“Bəzən dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı müraciətlər alırıq”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, regionlarda seçici görüşlərində səsləndirilən narazılıqlardan biri də ambulator müalicə zamanı dərmanların tapılmamasıdır.