Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli “exit poll”un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. “Exit poll”un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.