Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.

O, Kolumbiyanın sol qüvvələrini təmsil edən ilk Prezidentdir.

“Allaha and içir, xalqa Kolumbiya Konstitusiyasının və qanunlarının müddəalarına sədaqətlə əməl edəcəklərinə söz verirəm”, – yeni dövlət başçısı andiçmə mərasiminin keçirildiyi Boqotadakı “Bolivar” Meydanında deyib.

İstinadlar Report