“Şuşa şəhəri mənə qədim Havananı xatırlatdı. Nostalji hisslər yaşadım. Şuşa şəhərinin çox gözəl aurası var”.

Bunu “Raport”a kolumbiyalı jurnalist Roberto Trobaxo deyib.

“Bərpa olunduqdan sonra bu şəhərin böyük potensialı var, hamı onun haqqında öyrənəcək və görməyə gələcək. Azərbaycanlılar ənənələrinə hörmət edən çox mənəvi xalqdır və düşünürəm ki, bunu azərbaycanlılardan öyrənməyə dəyər”, – jurnalist bildirib.

R.Trobaxo bu şəhərin bir sıra görməli yerlərini gəzib, o cümlədən Yuxarı və Aşağı Gövhər Ağa məscidlərində olub. Onun fikrincə, ermənilərin dinə istehza etməsi, məscidlərdə mal-qara saxlaması tamamilə qəbuledilməzdir:

İstinadlar Report