Kolumbiyanın Milli Hərbi-Dəniz Qüvvələri dəyəri, təxminən, 500 milyon ABŞ dolları olan 8 ton kokain ələ keçirib.

Narkotik maddə Tumako bələdiyyəsi sahilləri yaxınlığında olan və Mərkəzi Amerikaya doğru yola çıxmağa hazırlaşan yarıyüklü sualtı qayıqda aşkarlanıb. Yükün kimə məxsus olması barədə məlumat verilmir.

Yerli KİV bunun analoji yolla nəql edilən ən böyük partiya olduğunu qeyd edir. İlin əvvəlindən bəri 20 belə sualtı qayıq aşkar edilib.

İstinadlar Report