Kolumbiyada 11 286 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 10 709 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 308 nəfər vəfat edib.

Ümumilikdə, Kolumbiyada 433 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 494 nəfər müalicə olunaraq sağalıb, 14 145 nəfər dünyasını dəyişib.

Nazirlik eyni zamanda infeksiyanın ölkənin bütün bölgələrində aşkarlandığını bildirib.

İstinadlar Report