Kolumbiyanın mərkəzində mədəndə baş verən partlayış nəticəsində 11 mədənçi ölüb, 4 nəfər xəsarət alıb.

Partlayış şənbə günü günortadan sonra Kukunuba bələdiyyəsində yerləşən Pueblo Vyexo kəndindəki kömür mədənində baş verib.

Meyitlər Texniki İstintaq Korpusunun agentləri tərəfindən hadisə yerindən götürülüb.

İlkin məlumata görə, faciəyə səbəb kömür tozunun partlaması olub.

İstinadlar Report