Kolumbiyanın El-Espinal şəhərində öküz döyüşü zamanı stadionun tribunalarından biri uçub.

Məlumata görə, hadisə zamanı azı 4 nəfər ölüb, 500 nəfər xəsarət alıb. Lakin qeyd edilir ki, bu, yalnız ilkin məlumatdır, zərərçəkənlərin sayı xeyli arta bilər.

Sosial şəbəkələrdə hadisənin videosu yayılıb. Kadrlardan görünür ki, tribuna azarkeşlərin ağırlığına tab gətirə bilməyib və bundan sonra öküzlərin qaçdığı döyüş meydanına çöküb.

İstinadlar Report