
Kolumbiyanın vitse-prezidenti Fransiya Markesin səyahət etdiyi avtomobil ölkənin qərbində atəşə tutulub.
Bu barədə Kolumbiyanın vitse-prezidentinin bəyanatında deyilir.
“Təhlükəsizliyim mənə bildirdi ki, mənim adətən səyahət etdiyim vitse-prezident kortejindəki əsas avtomobil mərmi ilə vurulub, görünür, tüfəngdən atılıb”, – siyasətçi bildirib. O, hadisə zamanı avtomobildə olmadığını və hücum nəticəsində xəsarət alan olmadığını vurğulayıb.