Kolumbiyada qızıl mədənində partlayış nəticəsində azı 9 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bu barədə “Tiempo” qəzeti bildirib.

Qeyd edilir ki, hadisə ölkənin qərbində baş verib. Yaralılar xəstəxanalara çatdırılıb.

Las-Xuntas kəndində qeydə alınan hadisənin baş verdiyi mədən qanunsuz fəaliyyət göstərib.

Regionun hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin məlumatlara görə, hadisəyə partlayıcı maddə ilə ehtiyatsız davranma səbəb olub.

Daha əvvəl Kolumbiyanın mərkəzi hissəsində təyyarənin qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib.

İstinadlar Report