Kolumbiya polisi ölkədə bir neçə gün ərzində keçirilən etirazlar zamanı 430-dan çox insanı saxlayıb.

Bu barədə bazar ertəsi Cənubi Amerika respublikasının milli müdafiə naziri Dieqo Molano bildirib.

“Biz 431 nəfəri saxlamağa müvəffəq olduq”, – nazir tvitterdəki öz səhifəsində yazıb.

O, əlavə edib ki, etirazlar zamanı 846 nəfər xəsarət alıb. Onlar arasında 540 polis əməkdaşı da var.

İstinadlar Report