Kolumbiyada etirazçılarla polis əməkdaşları arasında toqquşmalar olub.

Bildirilir ki, toqquşmalar ölkənin qərbində, Yumbo (qərbi Vale-del-Kauka departamenti) bələdiyyəsində olub. Etirazçılar bir neçə polis postuna hücum ediblər. Toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 2 əməkdaşı həlak olub, daha 28 nəfər, o cümlədən 6 polis əməkdaşı müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanalara çatdırılıb.

İstinadlar Report