Kolumbiyada mikroavtobusun dərəyə yuvarlanması nəticəsində azı 3 nəfər həyatını itirib.

Hadisə cümə günü Kauka departamentinin Bolivar bələdiyyəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq 80 metr dərinliyində dərəyə yuvarlanıb.

Nəticədə 3 sərnişin yerində ölüb, daha 16 nəfər xəsarətlərlə yaxınlıqdakı xəstəxanlara yerləşdiriliblər.

İstinadlar Report