Kolumbiyada azı beş insan şimal-qərbində yerləşən asma körpünün dağılmasının qurbanı olub.

Bu barədə La FM radiostansiyası bildirib.

Məlumata görə, hadisə Nekokli (Antokiya şimal-qərb departamenti) bələdiyyəsində olub. Furqon çayın üzərindəki asma körpünü keçməyə çalışıb. Körpü nəqliyyat vasitəsinin çəkisinə tab gətirməyərək uçub. Hadisə nəticəsində beş sərnişin həlak olub.

İstinadlar Report