Kolumbiyada ölkənin mərkəzi hissəsində torpaq sürüşməsindən sonra qızıl mədənindəki şaxtada köməksiz qalan 11 fəhlənin meyiti aşkarlanıb.

Bu barədə Milli Dağ-Mədən agentliyi məlumat yayıb.

Qeyd olunub ki, xilasedicilər fəhlələrin meyitlərini artıq şaxtadan çıxarıb.

Milli Dağ-Mədən agentliyinin rəhbəri Xuan Miqel Duran özünün tvitterdəki səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib.

İstinadlar Report