Kolumbiya Prezidenti Qustavo Petro ölkənin şimalında üsyançılar arasında silahlı toqquşmalar səbəbindən fövqəladə vəziyyət elan edib.

Bu barədə dövlət başçısı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Petro qeyd edib ki, daxili təlatümlər və iqtisadiyyatda fövqəladə vəziyyətlə əlaqədar xüsusi rejim tətbiq olunur. Prezident Kolumbiyanın məhkəmə sisteminin onun qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

İstinadlar Report