
Kolumbiya Prezidenti İvan Duke Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək.
Qeyd edilir ki, səfər mayın 22-dək davam edəcək. Görüşlərdə Türkiyə ilə Kolumbiya arasındakı əlaqələr nəzərdən keçiriləcək, əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Eyni zamanda səfər çərçivəsində ikitərəfli əlaqələrlə bağlı müqavilələrin imzalanması da gündəmdə olacaq.