ABŞ-nin Kolorado ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Insident Denverdən təxminən 65 km cənubda Larkspur şəhərciyinin yaxınlığında baş verib.

Bildirilib ki, kiçik ikimühərrikli “Tecnam P2006T” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb. Təcili yardım xidmətləri gələnə qədər onlar özləri təyyarədən çıxıblar.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.

İstinadlar Report