NATO bir neçə ay ərzində Əmmanda Yaxın Şərq ölkələri ilə kommunikasiya üçün səfirlik modeli əsasında fəaliyyət göstərəcək ofis açmaq niyyətindədir.
Bu barədə alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “The National” qəzetinə müsahibəsində deyib.
“Bu səfirlik bizə siyasi məlumat toplamaq, insanlarla danışmaq və vəziyyətin necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edəcək. Hətta bəzi cənublu tərəfdaşların istəyi olarsa, başqa ölkələrdə də iştirak etmək mümkün olacaq”, – o bildirib.