Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyan xalqı baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçiləri dəstəkləməyə çağırıb.

Bununla bağlı sabiq prezidentlər müvafiq bəyanatla çıxış ediblər.

“Qətiyyətli addımların zamanı gəlib”, – onlar vurğulayıblar.

Bununla belə, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan neytral mövqedən çıxış edərək hakimiyyətlə müxalifəti vətəndaş müharibəsindən qaçınmağa çağırıb. Onun sözlərinə görə, vətəndaş müharibəsi nəinki Türkiyə və Azərbaycanın arzusunun çin olmasına yol açacaq, həmçinin erməni xalqının sonunun başlanğıcı olacaq.

İstinadlar Report