“Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qarşıdurmanın olacağı istisna edilmir”.

Bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iyunun 20-də seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması istisna edilmir: “Əlbəttə, bu, arzu edilən variant deyil. Ancaq onu da tamamilə inkar etmək olmaz”.

Koçaryanın fikrincə, bütün bunlar seçkilərin nəticəsindən asılı olacaq: “Əgər Mərkəzi Seçki Komissiyası yerlərdə öz işini dəqiq və qanun çərçivəsində görsə, elə ciddi ağır nəticələrin olacağına inanmıram”.